Gürcüstan Təhlükəsizlik Departamentinin rəsmisi Baça Mqeladze açıqlamasında bildirib ki, Serbiya vətəndaşları Sinisa Sikman, Jelena Stojsic və Slobodan Jinoviç sentyabrın 25-də USAID proqramının “Şərq-Qərb İdarəetmə İnstitutu”nun qonağı kimi Gürcüstana gəliblər. Sözügedən Serbiya vətəndaşlarının Gürcüstana gəlişinin rəsmi olaraq bildirilən səbəbinin mədəniyyət sahəsində çalışan qruplara “Zorakılıqsız strateji mübarizə” mövzusunda təlim keçmək olduğunu bildirən Mgeladze əlavə edib: “Ancaq araşdırma nəticəsində məlum olub ki, bu, heç də belə deyil, bu insanların Gürcüstana gəlmələrinin məqsədi tamam fərqlidir”.
Hafta.az-ın yazdığına görə, Təhlükəsizlik Departamentinin rəsmisi bildirib ki, bu qrup sentyabrın 26-dan 29-na kimi paytaxt Tbilisidə mehmanxanada bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaş fəalları qarşısında “hakimiyyətin zorakılıq yolu ilə devrilməsi proseslərinin hazırlanması və həyata keçirilməsi” mövzusunda mühazirələr oxuyub.
Mühazirə iştirakçılarına “hökumətə, dövlət qurumlarına və gürcü pravoslav kilsəsinə qarşı addımların atılması, yolların hərəkətə bağlanması, inzibati binaların qarşısında çadırların qurulması və sair” barədə məlumat verildiyini qeyd edən Mgeladze, “Həmçinin polisin həbsinə müqavimət göstərmək, parlament binasına basqın etmək, yayım stansiyalarının işini dayandırmaq kimi məsələlər var"deyə bildirib.
Mgeladze, Sikman, Stojsic və Jinovic'in istintaq çərçivəsində Təhlükəsizlik Departamenti səlahiyyətlilərinə ifadələr verdiklərini və "Gürcüstanda qalmalarının əsl səbəbini gizlətməyə çalışıblar" deyib.
Oktyabr-dekabr ayları arasında Gürcüstanda hökumətə qarşı çevriliş planı hazırlandığını və bu istiqamətdə araşdırmanın davam etdiyini bildirən Mgeladze, “Bu adamların 2003-cü ildə Gürcüstanda baş verən inqilabla (Qızılgül İnqilabı) əlaqələri var. Eləcə də Serbiya, Ukrayna və başqa ölkələrdə də oxşar proseslərdə iştirak ediblər” deyə bildirib.
Serbiya vətəndaşlarının sentyabrın 30-da Gürcüstanı tərk etməsi ilə bağlı məlumatı paylaşan Mgeladze istintaqın davam etdiyini bildirib.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Təhlükəsizlik Departamentinin bəyanatına münasibət bildirərkən deyib ki, ölkəsində bəzi radikal qruplar tərəfindən çevriliş planı hazırlanır. Bu qrupların Gürcüstan daxilindən və xaricdən dəstək aldığını qeyd edən Qaribaşvili, "Xarici ölkələrdən fəal iştirak gördük. Xarici dövlətin vətəndaşlarının ölkəyə gələrək, sanki nümayəndə yetişdirirmiş kimi don geyindirilərək təlim keçmələri narahatedici vəziyyətdir" deyib.
Tbilisidə "çevriliş dərsi" verməkdə ittihamlanan şəxslərin USAİD tərəfindən gətirildiyinə diqqət çəkən Qaribaşvili, "Bu, əlbəttə ki, acınacaqlı faktdır, lakin onların rəsmi açıqlamasını gözləyəcəyik. Bizim USAİD-lə çoxdankı əməkdaşlığımız. Ona görə də belə faktların baş verməsi təəssüf doğurur” əlavə edib.
Gürcüstan parlamentinin prezidenti Şalva Papuaşvili USAİD-lə bağlı sual yarandığını bildirib və deyib: “Bu, ABŞ-ın Gürcüstana yardım tarixində qara gündür, görürük ki, ABŞ xalqının pulları burada inqilabi prosesləri planlaşdırmaq üçün istifadə olunur”.
Gürcüstan Təhlükəsizlik Departamenti “3 serb tərəfindən Tbilisidə verilən dərslər”lə bağlı görüntülər paylaşıb.