Yazını böyüt
Yazını kiçilt
2023-2024-cü illərdə “Uşaq hüquqları haqqında” yeni Qanun hazırlanacaq.
Hafta.az-ın məlumatına görə, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq 2023-2024-cü illərdə “Uşaq hüquqları haqqında” yeni Qanun hazırlanacaq”, - deyə B.Muradova əlavə edib.