ÜST rəhbəri özünü təcrid edib

12:00 02.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus koronavirus infeksiyası ilə əlaqədar özünü təcrid edib.

Hafta.az-ın məlumatına görə, bunu ÜST rəhbəri öz “Twitter” səhifəsində yazıb.

O, COVID-19-a yoluxmuş şəxslə ünsiyyətdə olduğunu öyrəndiyini deyib. Nəticədə T.Gebreyesus özünütəcrid rejiminə keçib.

O, özünü yaxşı hiss etdiyini, hər hansı bir simptomun olmadığını deyib.