Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub - FOTO

17:47 28.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər.

Daxili İşlər Nazirliyindən hafta.az-a bildirilib ki, polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıb, gətirdikləri bayram sovqatını təqdim ediblər.

Görüşlər zamanı şəhidlərimizin əziz xatirələri yad edilib, onların müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.