XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib

14:20 01.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edilib.

Hafta.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Biz geri qayıtdıq, Laçın, sən artıq işğal altında deyilsən! Bu əlamətdar gündə Azərbaycan xalqını, xüsusilə Laçından olan minlərlə məcburi köçkünü təbrik edirik. Laçın bizimdir, Qarabağ Azərbaycandır!”.