“Xalq mahnılarını dinləmirəm” - Səmra

17:50 07.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Mənim formatım, qurduğum obraz və treklərim o geyimləri tələb edir. Hər kəsin zövqünə oxşamağa çalışsaq, dəlixanalıq olarıq.  Biri geyimi, o biri oturuşu, digəri adını bəyənməyəcək". 

Hafta.az Olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səmra Rəhimli "MTV xəbər"ə açıqlamasında bildirib.  Gənc ifaçı sosial şəbəkələrdə geyimini müzakirə edənlərə bir daha cavab verib. 

Bundan əlavə, S. Rəhimli xalq mahnılarına qulaq asmadığını qeyd edib: "Xalq mahnılarını dinləmirəm.  Necə deyim? Zövq aldığım mahnılar başqadır".

Oxunma sayı 56