Xarici ölkələrdə təhsil alan 72 mütəxəssis TƏBİB tabeli tibb müəssisələrində işə qəbul edilib

14:04 17.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil alan 72 həkim-mütəxəssis Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeli 15 tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib.

Hafta.az xəbər verir ki, bunu TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

O qeyd ki, işə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı 6 min 500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı isə 5 min manat təşkil edib.