Xəstəxanada müalicə alan Zöhrə Abdullayevadan xəbər var

16:39 20.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməkdar artist Zöhrə Abdullayeva "Elgizlə izlə" proqramına telefonla bağlanıb.

Hafta.az xəbər verir ki, hazırda xəstəxanada olan müğənni müalicəsinin davam etdiyini deyib:

"Xəstəxanadayam, sistem edirlər. Hələ buradayam, görək nə olur".

Qeyd edək ki, Z.Abdullayeva uzun müddətdir revmatizmadan əziyyət çəkir. Xəstəliyi ağırlaşan müğənni yeriməkdə çətinlik çəkir. O, 30 kiloqram arıqlayıb.