Xəzər rayonunda 3 otaqlı ev yanıb

22:31 27.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər rayonunda yanğın hadisəsi olub.

Hafta.az FHN-ə istinadən bildirir ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.