Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları darmadağın edilib-VİDEO

21:00 03.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a məlumat verilib.

Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.

Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videosujeti təqdim edirik.