Yasamalda kişi 10-cu mərtəbədən yıxılıb öldü

11:40 16.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal rayonunda faciəvi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1975-ci il təvəllüdlü Sahib Hüseyn oğlu Həsənov yaşadığı Əbdülvahab Salamzadə küçəsi ev 2 “D” ünvanındakı binanın 10-cu mərtəbəsindən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.