“Yeni Klinika”: Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

12:51 27.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş jurnalist Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur.

Bu barədə hafta.az-a “Yeni Klinika”dan bildirilib.

Məlumata əsasən, hazırda jurnalistə ECMO dəstəyi davam edir.

Xatırladaq ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.