Yeni mövsümdə ümrəyə gələn əcnəbilərin qəbuluna start verilib

10:15 21.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi yeni ümrə mövsümü üçün lazımi hazırlıqların görüldüyünü və qonaqlara ən yaxşı xidməti göstərmək, ehtiyaclarını ödəmək üçün çalışdıqlarını bildirib.

Hafta.az-ın SPA-ya istinadən yazdığına görə, Krallıq yeni mövsümdə Ümrə ziyarəti üçün müraciətləri qəbul etməyə başladıqlarını açıqlayıb.

Həcc və Ümrə Nazirliyinin müqəddəs torpaqları ziyarət edən müsəlmanların sayının artırılması istiqamətində səyləri diqqətə çatdırılaraq, zəvvarların işini asanlaşdırmaq məqsədilə həyata keçirilən “Nusuk” tətbiqi vasitəsilə elektron viza müraciətlərinin edilə biləcəyi xatırladılıb.

Məkkəyə Ümrə ziyarəti və Mədinədə Məscidi Nəbəvi ziyarət üçün bütün ölkələrdən müraciətlərin edilə biləcəyinə diqqət çəkilib.