Yepiskop: Dini liderlər konstruktiv dialoqu dəstəkləməlidirlər

08:17 25.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bu gün Bakıda keçirilmiş Azərbaycan Din Xadimlərinin II Forumu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimiz regionumuz üçün ənənəvi olan dinlərə - islam, xristianlıq və iudaizmə söykəndiyini göstərən mühüm göstəricidir".

Hafta.az xəbər verir ki, bunu forum çərçivəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy deyib.

Onun sözlərinə görə, bu dinlərə etiqad edən xalqlar əsrlər boyu bu torpaqlarda sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar:

“Layiqli cəmiyyətin davamlı formalaşmasının və dövlətin gələcək inkişafının təmin olunması üçün dini liderlər konstruktiv dialoqu dəstəkləməlidirlər. Bu kimi tədbirlər Azərbaycanda multikulturalizm və tolerantlıq siyasətinin parlaq təcəssümüdür. Ümidvaram ki, bu konfrans layiqli nəticələr verəcək və biz ölkəmizin rifahı naminə yaradıcı fəaliyyətimizi davam etdirəcəyik”.