Yerevanda Nikol Paşinyanın istefa tələbi ilə mitinq keçiriləcək

13:52 11.11.2020 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Yerevanın mərkəzində baş nazir Nikol Paşinyanın istefa tələbi ilə mitinq keçiriləcək.

Hafta.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, aksiya saat 13:00-da başlayacaq. Mitinq 17 siyasi partiyanın təşkilatçılığı ilə baş tutacaq.

Yerevanın mərkəzindəki Azadlıq meydanında baş tutacaq aksiyada on minlərlə insanın iştirak edəcəyi gözlənilir.

Bununla bağlı aktivistlərin Azadlıq meydanına girməsinə mane olan polis bir neçə saat əvvəldən meydanı mühasirəyə alıb.

Qeyd edək ki, bundan əvvəl, Ermənistanın Baş Prokurorluğu, ölkədə hərbi vəziyyət olduğu üçün mitinqlərin qadağan edildiyi barədə xəbərdarlıq edib.