Yevlaxda traktor aşıb, ölən və yaralanan var

20:00 25.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda bədbəxt hadisə baş verib.

Hafta.az bildirir ki, traktor palçıq ərazidə batmış "QAZ-24" markalı minik maşının çəkərkən aşıb.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Faktla bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparılır.