Yollarda duman olacaq - Diqqət!

14:37 13.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, iyunun 14-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.