Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 396 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 807 984 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 794 621 nəfər müalicə olunaraq sağalıb, 9784 nəfər vəfat edib, aktiv xəstə sayı 3579 nəfərdir.
Ölkədə son sutka ərzində 3120, hazırkı dövrədək isə 7 116 736 test aparılıb.