Yazını böyüt
Yazını kiçilt
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında Cənubi Afrika Respublikası (CAR) millisinin baş məşqçisi Huqo Bros yeni rekorda imza atıb.
Hafta.az xəbər verir ki, belçikalı mütəxəssis mundialın pley-off mərhələsində komandasını meydana çıxaran ən yaşlı (74 yaş 79 gün) baş məşqçi olub.
Bununla da Huqo Broos 2018-ci il dünya çempionatı zamanı Uruqvay millisini çalışdıran və həmin vaxt 71 yaşı olan Oskar Tabaresə məxsus rekordu yeniləyib. Tabares həmin mundialda yığmanı 1/4 final mərhələsinə yüksəltmişdi.
Qeyd edək ki, CAR millisi 1/16 finalda Kanada yığmasına 0:1 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb.