Ronaldu Matteusa çatıb, Bellinqem siyahıda irəliləyib

18:08 28.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə dünya çempionatının (DÇ) qrup mərhələsində keçirilən son oyunlardan sonra bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.

Hafta.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem 23 yaşınadək dünya çempionatlarında keçirdiyi oyunların sayını 8-ə çatdıraraq bu göstəricidə Şimali İrlandiyanın sabiq futbolçusu Norman Uaytsaydla birlikdə ikinci pilləyə yüksəlib. Siyahıya 9 oyunla İngiltərə yığmasının keçmiş hücumçusu Maykl Ouen başçılıq edir.

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu isə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını 25-ə çatdırıb. O, bu göstəricidə Almaniya millisinin əfsanəvi futbolçusu Lotar Matteusla birlikdə ikinci yeri bölüşür.

Argentina yığmasının yarımmüdafiəçisi Covani Lo Çelso milli komandada vurduğu qolların sayını 5-ə yüksəldib. Onun bu qollarından 4-ü ABŞ-də keçirilən matçlarda qeydə alınıb. Maraqlıdır ki, futbolçu həmin qolların hər birini fərqli şəhərdə – Los-Anceles, Filadelfiya, Mayami və Dallasda vurub.

Əlcəzair millisinin futbolçusu Riyad Mahrez isə dünya çempionatı tarixində bir oyunda dubl edən ikinci əlcəzairli kimi tarixə düşüb. Buna qədər bu uğura yalnız Salah Əsəd 1982-ci ildə Çili yığmasına qarşı keçirilən görüşdə imza atmışdı.

Qeyd edək ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.