İran və BƏƏ arasında ticarət əməliyyatları bərpa edilir

16:56 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran və BƏƏ Cəbəl-Əli limanı vasitəsilə ticarət əməkdaşlığını bərpa edir.

Hafta.az İRNA xəbər agentliyinə istinadən bildirir ki, İranın Ticarətin Təşviqi Təşkilatının ticarət xidmətləri üzrə müavini Cəbəl-Əli limanı vasitəsilə BƏƏ ilə ticarət əlaqələrinin bərpa olunduğunu elan edib.

Cəbəl-Əli Fars körfəzinin cənubundakı ən mühüm limanlardan biridir. BƏƏ ərazisində yerləşən liman bu ölkə ilə İran arasında ticarətin böyük hissəsini idarə edən əsas tranzit qovşağı kimi xidmət edir.

Bu il fevralın 28-də bölgədə başlayan hərbi əməliyyatlar nəticəsində Cəbəl-Əli limanı vasitəsilə ticarət əməliyyatları dayandırılmışdı.