Yazını böyüt
Yazını kiçilt
Danimarka hökuməti ölkə üzrə azanın səsləndirilməsinin qadağan olunmasını yenidən müzakirə etməyə hazırlaşır.
Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin immiqrasiya naziri Morten Bodskov hökumətin azanın qadağan edilməsi ilə bağlı hüquqi əsasları yenidən qiymətləndirəcəyini açıqlayıb.
Nazir bildirib ki, azanın Danimarkanın ictimai məkanında yeri yoxdur: "Azanın səsi Danimarkanın damlarından eşidilməməlidir. Danimarkada gəzərkən özünüzü İslamabadın bir hissəsində hiss etməməlisiniz".
Morten Bodskov həmçinin ölkədə artan "islamlaşma"nın ictimai məkanlara təsir göstərdiyini iddia edib.