Ceyhun Bayramov və Hakan Fidan telefon danışığı aparıb

19:19 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

27 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Hafta.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, iki ölkə arasında mövcud olan strateji əməkdaşlığın gündəliyi, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və əlaqələndirmə məsələləri müzakirə olunub.

Nazirlər qardaş ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı dəstəyin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulayaraq, qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə sıx əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Telefon danışığı zamanı, həmçinin regionda mövcud təhlükəsizlik vəziyyəti, postmünaqişə dövründə gedən proseslər, regional sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Siyasət rubrikasından digər xəbərlər