“Zirə” Özbəkistan klubu ilə qarşılaşacaq

14:04 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” futbol klubu növbəti yoxlama oyununa çıxacaq.

Hafta.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistan təmsilçisi “Navbahor”la üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “qartallar” ilk yoxlama oyununda “Azersun Arena”da “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub. “Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.