"Neftçi" slovakiyalı hücumçu transfer edib

22:15 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi” hücumçu transferini reallaşdırıb.

Hafta.az xəbər verir ki. bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Slovakiyalı Lyubomir Tupta "ağ-qaralar"ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 29 nömrəli formanı geyinəcək.

Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.