Yazını böyüt
Yazını kiçilt
Moskva tibb mərkəzindəki soyuducuda beş insan başı tapılıb.
Hafta.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
İstintaq Sankt-Peterburqda vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə açılmış cinayət işi çərçivəsində aparılıb. Belə ki, çoxsahəli tibb mərkəzinin ərazisinə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları plastik torbalarda qablaşdırılmış cəsəd qalıqları aşkar ediblər.
Hadisənin bütün hallarını müəyyən etmək üçün götürülmüş materiallar ekspertizaya göndərilib.