Azərbaycandan Ermənistana 8 vaqon yanacaq göndərildi

11:51 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

Hafta.az xəbər verir ki, 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı iyunun 26-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.