Ölənlərin sayı 235 nəfərə çatdı

10:03 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesuelada baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 235 nəfərə çatıb, 4300-dən çox insan yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Karlos Alvarado dövlət televiziya kanalına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, 4300-dən çox yaralıya tibbi yardım göstərilir. Yaralılar arasında yüngül xəsarət alanlarla yanaşı, vəziyyəti orta ağır və ağır olanlar da var. Bir çoxunun cərrahi müdaxiləyə ehtiyacı olduğu, ən ağır vəziyyətin isə La Quayra ştatında müşahidə edildiyi bildirilib.