Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb

23:44 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyanın spikeri Xorxe Rodrigez bildirib.

"Təəssüflə bildiririk ki, zəlzələ nəticəsində 188 venesuelalı həlak olub. Artıq 1520 yaralı xəstəxanalara aparılıb və hazırda müalicə alır. 157 nəfər hələ də itkin düşüb. Hazırda binaların dağıntıları altında qalan 200-dən çox insan haqqında məlumatımız var və onların əksəriyyətini xilas etmək üçün zamanla gərgin bir yarışdayıq", - deyə Milli Assambleyanın sədri vurğulayıb.