Hazırda bu küçələrdə sıxlıq var - Siyahı

18:29 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

12. Bülbül prospekti, metronun "Sahil" stansiyasının qarşısında;

13. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

14. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;

15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

16. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyasından Binəqədi qəsəbəsi istiqamətində sıxlıq müşahidə olunur.