İctimai yerlərdə pulsuz Wi-Fi fırıldağı

12:00 26.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada havaların istiləşməsi ilə parklarda, istirahət zonalarında və açıq hava kafelərinin ətrafında yeni bir fırıldaqçılıq üsulu geniş yayılıb. Mütəxəssislər cinayətkarların pulsuz Wi-Fi xidməti vəd edən saxta QR kodları yerləşdirərək vətəndaşların şəxsi məlumatlarını oğurlamağa çalışdıqlarını söyləyirlər.

Hafta.az yazır ki, fırıldaqçılar pulsuz internet bağlantısı təklif etdiklərini iddia edərək skamyalara, zibil qutularına, kafe masalarına və hətta rəsmi məlumat lövhələrinə QR kod stikerləri yapışdırırlar. Kodun skan edilməsi istifadəçiləri saxta veb saytlara yönləndirir və ya cihazlarına zərərli proqram yükləyə bilər.

Mütəxəssislər QR kodunu skan etdikdən sonra açılan veb sayt ünvanını diqqətlə yoxlamağı və şübhəli səhifələrə bank kartı məlumatlarını və ya şəxsi məlumatları daxil etməməyi məsləhət görürlər. Onlar bildirirlər ki, ictimai internet xidmətlərindən yalnız rəsmi tətbiqlər və təsdiqlənmiş veb saytlar vasitəsilə istifadə etmək daha təhlükəsizdir.