“Sheki Open 2026” beynəlxalq şahmat festivalının qalibləri

13:22 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sheki Open 2026” beynəlxalq şahmat festivalı başa çatıb.

Hafta.az xəbər verir ki, festivalın bağlanış mərasimində çıxış edənlər yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib, Azərbaycan şahmatının inkişafına və beynəlxalq əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.

Festivalın keçirilməsinə dəstək göstərən fəxri qonaqlara və tərəfdaşlara xatirə sertifikatları təqdim olunub.

Sonra yarışın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. A qrupu üzrə yarışda qrossmeyster Vüqar Rəsulov birinci yerə layiq görülüb. Murad İbrahimli ikinci, İslam Hacılıyev isə üçüncü yeri tutublar.

Festival çərçivəsində keçirilən B və C qrupları üzrə yarışların, eləcə də rapid və blitz turnirlərinin qalibləri və mükafatçıları da müxtəlif yaş və reytinq kateqoriyaları üzrə diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən olan şahmatçıların iştirak etdiyi “Sheki Open 2026” festivalında 400-dən çox şahmatçı mübarizə aparıb.