Yazını böyüt
Yazını kiçilt
Kanadanın şimal-qərb ərazilərində yanğınsöndürənləri daşıyan təyyarə qəzaya uğrayıb.
Hafta.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat verib.
Məlumata görə, ənənəvi olaraq meşə yanğınlarının söndürülməsində kömək üçün istifadə edilən "Turbo Commander 960 Bird Dog 104" təyyarəsi Fort-Simpsons yaşayış məntəqəsindən təxminən 50 kilometr aralıda düşüb. Ölən yanğınsöndürənlər ərazidəki meşə yanğınlarını söndürülməsinə cəlb edilmişdilər.