ABŞ-ın hərbi bazaları buradan köçürülür

14:32 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Hərbi Nazirliyi (Pentaqon) Səudiyyə Ərəbistanı və Küveytdəki hərbi bazalarının yerini dəyişdirmək variantını nəzərdən keçirir.

Hafta.az xəbər verir ki, bu barədə özəl mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Bildirilib ki, bu addım Yaxın Şərqdə baş verə biləcək yeni hərbi toqquşmalar zamanı İran tərəfindən gələcək potensial zərəri minimuma endirmək məqsədilə atılır.

Nəşrin məlumatına görə, fevralın 28-də Birləşmiş Ştatların İrana qarşı başlatdığı hərbi əməliyyatdan sonra verilən cavab zərbələri nəticəsində Yaxın Şərqdə 20-yə yaxın ABŞ hərbi obyekti zərər görüb. Hərbi bazaların İran raketlərinin vura biləcəyi zonada yerləşməsi Pentaqonu regiondakı mövcudluq strategiyasına yenidən baxmağa vadar edir. Səudiyyə Ərəbistanı və Küveytdəki bəzi hərbi bazaların qismən köçürülməsi üçün nəzərdə tutulan ölkələrdən biri kimi İsrail çıxış edir.

Həmçinin, ABŞ komandanlığı regionda baş verə biləcək hərbi əməliyyatlar zamanı hərbi obyektlərinin həssaslığını azaltmaq üçün onların Yaxın Şərqdə daha geniş şəkildə səpələnməsi imkanlarını planlaşdırır.