Ebola virusundan ölənlər çoxalır

16:27 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Konqo Demokratik Respublikasında eboladan ölənlərin sayı artıb. 

Hafta.az xəbər verir ki, bu barədə Konqo Rabitə və Media Nazirliyi gündəlik bülletenində məlumat yayıb.

Qeyd olunur ki, son 24 saat ərzində 13 nəfər artaraq 304-ə çatıb. Virusa yoluxanların sayı əvvəlki günlə müqayisədə 37 nəfər artaraq 1155-ə yüksəlib.