Yazını böyüt
Yazını kiçilt
Akvakultura təsərrüfatlarının fəaliyyətinin rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədilə qanunvericiliyin tələblərinin sadələşdirilməsi vacib hesab edilir.
Hafta.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzindən verillən cavabda bildirilib.
Eyni zamanda, vurğulanıb ki, ölkənin damazlıq materialına olan tələbatının ödənilməsi və təbii su bioresurslarının bərpasının təmin edilməsi məqsədilə nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrin müasir tələblərə uyğun yenidən qurulması da nəzərdə tutulur.
Bundan əlavə, ölkənin müxtəlif bölgələrində bir neçə yeni, müasir tipli akvakultura müəssisəsinin yaradılması planlaşdırılır.