Tahir Abdullayev UFC-də ilk qələbəsini qazanıb

17:55 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də debüt edib.

Hafta.az xəbər verir ki, 29 yaşlı idmançı Bakıda keçirilən “UFC Fight Night” turnirdə braziliyalı Ceferson Nasimento ilə üz-üzə gəlib.

Tahir Abdullayev rəqibini vaxtından əvvəl - üçüncü raundda məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.