Ukraynada qırıcı təyyarə qəzaya uğrayıb

16:29 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 27-nə keçən gecə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi Poltava bölgəsində qəzaya uğrayıb. Pilot qəzada sağ qalıb.

Bu barədə hata.az Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalına istinadla məlumat yayıb.

Məlumata görə, Poltava bölgəsində döyüş tapşırığı yerinə yetirən MiQ-29 qırıcı təyyarəsi ilə əlaqə kəsilib.

"Təyyarənin itkisini təsdiqləyirik, lakin ukraynalı pilot qəzadan uğurla çıxıb, axtarış-xilasetmə qrupu ilə əlaqə saxlayıb, müayinə və lazımi yardım üçün tez bir zamanda tibb müəssisəsinə aparılıb", - deyə Ukrayna Hərbi Hava Qüvvələri bildirib.

Hazırda qəzanın səbəbləri araşdırılır.