"Zirə" Özbəkistan klubuna məğlub oldu

20:35 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistan təmsilçisi “Navbahor”la qarşılaşıb.

Matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində Yeqor Boqomolski fərqlənib.

Komandanın növbəti yoxlama oyunu 1 iyulda olacaq.