Yazını böyüt
Yazını kiçilt
Burkina Faso hökumətinin Fransa ilə diplomatik münasibətləri kəsdiyini elan etməsindən sonra Fransa hakimiyyəti mümkün cavab tədbirlərini nəzərdən keçirir.
Hafta.az-ın xəbərinə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Fransa Burkina Fasonun diplomatik münasibətləri kəsmək barədə birtərəfli qərarından təəssüflənir. Bu addım Burkinabe hakimiyyətinin normal fəaliyyət kursundan kənara çıxdığını göstərir. Hazırda lazımi cavab tədbirləri nəzərdən keçirilir", - deyə nazirliyin məlumatında bildirilib.