İsrail ordusu Livanın cənubunu bombalayıb

21:45 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrail qırıcıları axşam saatlarında Livanın Yuxarı Nəbatiyə bölgəsini bombalayıb.

Hafta.az xəbər verir ki, İsrailə məxsus pilotsuz uçuş aparatları da günortadan sonra Yuxarı Nəbatiyədəki Mənzələ bölgəsinə 4 hücum həyata keçirib.

Məlumatda İsrail hərbi qüvvələrinin Tire rayonundakı Buyut əs-Sayyad qəsəbəsinə doğru pulemyotlardan atəş açdığı da bildirilib.