Pakistanda hərbçilərə hücum: 3 əsgər həlak olub

22:14 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 27-də axşam saatlarında cənub liman şəhəri Karaçidə terrorçuların təhlükəsizlik qüvvələrinin bazasına basqını nəticəsində azı üç əsgər həlak olub. Polisin məlumatına görə, atışmalar zamanı 3 terrorçu öldürülüb.

Hafta.az Pakistan mediasına istinadla xəbər verir ki, şübhəli bombaçı partlayıcı maddə ilə yüklənmiş nəqliyyat vasitəsini binanın girişinə çırpdıqdan sonra böyük partlayış baş verib.

Qısa müddət sonra beş-altı yaraqlıdan ibarət qrup Karaçinin şərq rayonunda hərbiləşdirilmiş “Reyncer” qüvvələrinin təhlükəsizlik bazasına basqın edib.

Polis rəisi Cavid Alam Odho jurnalistlərə bildirib ki, ilkin məlumatlara görə, üç əsgərin ölümü təsdiqlənib. O əlavə edib ki, indiyə qədər azı üç terrorçu da öldürülüb.

Hələlik heç bir qrup bu terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.