Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb

15:43 28.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

Belə kia "Opel" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub. Məlum olub ki, avtomobilin sürücüsü orta yaşlı kişi sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.