“Zelenski kişi kimi kişidir” - "Mimino"nun qəhrəmanı

21:12 28.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Xalq artisti, Ukraynanın Əməkdar artisti Vaxtanq Kikabidze Ukraynadakı hərbi əməliyyatlardan danışıb.

Hafta.az olay-a istinadən xəbər verir ki, sənətçi videomüraciətini lentə alaraq instaqram sosial şəbəkəsində yerləşdirib.

V.Kikabidze ukraynalıları özünün sevimli və əziz dostları adlandırıb, gürcülərin onları çox sevdiyini vurğulayıb:

"İndi başınıza gələn bütün çirkin şeylərdən narahatıq, amma Allah sizin tərəfinizdədir, çünki siz vətəninizi müdafiə edirsiniz. Bu, qəhrəmanlıqdır, asan deyil".

Müğənni hər şeyin yaxşı olacağına əmin olduğunu bildirib: "Prezidentiniz (Volodimir Zelenski- red) haqqında daha iki söz demək istəyirəm - o, gözəl, gənc, istedadlı, ağıllıdır. Kişi kimi kişidir, ona xidmət edin. Mən şəxsən ukraynalıyam!"