Aprelin 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının dəhşətli hərbi cinayətlərinin izlərinin aşkarlandığı Kiyev vilayətinin rus işğalçılarından azad edilmiş Buça şəhərinə səfər edib.
Hafta.az xəbər verir ki, bu haqda “BBC”-nin rus xidmətinin teleqram-kanalı məlumat yayıb.
Məlumata görə, Prezident Rusiya texnikası tərəfindən dağıdılmış yola baxıb və yerli sakinlərlə söhbət edib
Zelenski bildirib ki, təcavüzkar Rusiya Ukraynada hərbi cinayətlər və soyqırımlar törədib.
“BBC” müxbiri Buçaya səfəri zamanı Zelenskiyə “Hələ də Rusiya ilə sülhü müzakirə etməyin mümkün olduğunu düşünürmü” sualını verib. Prezident müsbət cavab verərək belə deyib:
“Bəli, çünki Ukrayna sülh əldə etməlidir. Biz 21-ci əsrin Avropasındayıq. Biz diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”.
Xatırladaq ki, bir müddət əvvəl prezident V. Zelenski Kiyev vilayətinin Buça sakinlərinin rus işğalçıları tərəfindən kütləvi şəkildə öldürülməsinə münasibət bildirib. O, bəyan edib ki, NATO 14 il əvvəl Buxarest sammitində Ukraynaya üzvlük üçün fəaliyyət planı təqdim etsəydi, Buça faciəsinin qarşısını ala bilərdi.