Zelenskidən Consonla bağlı paylaşım

20:39 09.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Vladimir Zelenski Britaniyanın Baş naziri Boris Consonun Kiyevə gözlənilməz səfəri ilə bağlı paylaşım edib.

Hafta.az xəbər verir ki, o, sosial media hesabında Consonla şəkillərini paylaşaraq yazıb:

“Birləşmiş Krallığın Baş naziri Boris Conson Rusiya işğalının qarşısında duran ən prinsipial şəxslərdən biri, Rusiyaya sanksiya ilə təzyiq və Ukraynaya müdafiə dəstəyində liderdir. Kiyevə xoş gəldin, dostum!”.