Zemfira ona "narkotik aludəçisi" deyən yazıçıdan 1,5 milyon istəyir

19:10 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənni Zemfira yazıçı Yevgeni Qrişkovsovu məhkəməyə verib.

Hafta.az rus mediasına istinadən xəbər verir ki, buna səbəb yazıçının qatıldığı bir proqramda ifaçı haqda dedikləri olub.

54 yaşlı Yevgeni "Bi Koz" verilişində müğənninin "Бордерлайн" albomundan bəhs edib. "İnsan özünə hər şey etməyə icazə verəndə qərar qəbul edir: özümə qadağa olmadan hər şey edə bilərəm. Bütün narkotik aludəçilərinin eqoistliyini göstərib. O, narkotik maddə aludəçisidir və mahnıları da buna aiddir" deyə, yazıçı söyləyib.

Bu sözlərdən sonra Zemfira məhkəməyə müraciət edib və yazıçıdan 1,5 milyon rubl təzminat tələb edir/Axşam.az 

Oxunma sayı 6178