Zəngəzur dəhlizi mütləq açılacaq - Elşad Mirbəşir

19:14 28.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Zəngəzur dəhlizi böyük coğrafiyada yeni əməkdaşlıq imkanlarını yaradacaq.  Bu, həm də regionda  daha keyfiyyətli, geniş miqyaslı əməkdaşlıq sisteminin qurulmasına imkan verəcəkdir”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Elşad Mirbəşir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganin Zəngəzur dəhlizi  bəyanatını  dəyərləndirərkən bildirib.

Deputat eyni zamanda qeyd edib ki, Zəngəzur dəhlizinin açılması böyük coğrafiyada yeni kommunikasiya imkanlarını təmin edir.

“Nəzərə almaq lazımdır ki, Azərbaycanın qərb rayonları ilə  Naxçıvan arasaında birbaşa əlaqənin yaradılması hər şeydən öncə Naxçıvanın sosial-iqtisadi və onun təhlükəsziliyinin daha etibarlı təmin olunmasında əlahiddə rol oynayacaqdır.  Naxçıvan üzərindən Azərbaycanla Türkiyə arasında birbaşa quru əlaqəsi yaradılacaq. Türkiyə Prezidenti Ərdoğanın da qeyd etdiyi kimi Zəngəzur yolu Azərbaycanla  Türkiyə əlaqələrini daha da möhkəmləndirəcəkdir”.

E.Mirbəşir Zəngəzur dəhlizinin digər istiqamətlər üzrə də kifayət qədər əhəmiyyətli rol oynadığını bildirib.

“Zəngəzur dəhlizi çox mühüm nəqliyyat vasitələrinin vacib kompanentlərindən birinə çevriləcək. Bura həm tarixi ipək yolu, Şimal-Cənub Nəqliyyat Dəhlizi, həm də Orta Dəhliz daxildir.  Türkiyə prezidenti Naxçıvanda səfərdə olarkən Qars -Naxçıvan dəmir yolunun çəkilməsi ilə bağlı əməkdaşlıq memarandomu imzalandı. Bu da gələcəkdə Naxçıvana əlavə Bakı -Tbilisi-Qars dəmir yolu vasitəsi ilə də çıxış imkanı verir. Bu vaxımdan Zəngəzur dəhlizi, həm yeni həyata keçirilməsi nəzərdə tutulan Qars-Naxçıvan dəmir yol layihəsi, həm də  bütövlükdə olduqca ciddi dəyişiklikləri ehtiva edəcək”.

Deputat Zəngəzur dəhlizinin  yaradılmasının   2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanatın 9-cu maddəsində öz ifadəsini tapdığını və bunun Azərbayacn prezidentinin təşəbbüsü ilə baş verdiyini deyib.

“Azərbayan Prezidenti Zəngəzur dəhlizinin açılacağı ilə bağlı hər zaman əminliyini ifadə edib.  Bu əminliyin əsas göstəricələrindən biri də  Azərbaycan seqmentinin əsas hissəsinin əhəmiyytli dərəcədə hazırlanması ilə bağlıdır. Bunu ölkə prezidenti öz çıxışında da vurğuladı.  Bu da onun göstəricisidir ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Burada Azərbaycanın iradəsi var, digər subyektlərin maraqları var”. 

Siyasət rubrikasından digər xəbərlər