Yazını böyüt
Yazını kiçilt
Tanınmış türk müğənni Zərrin Özər bir müddət əvvəl şəxsiyyət pozğunluğu olduğunu və bu xəstəliklə mübarizə apardığına dair məlumatları ictimaiyyətlə bölüşüb.
Hafta.az-ın yazdığına görə, xanım sənətçi sosial media hesabında paylaşım edərək “Rədd olub getmək istəyirəm. Hansı tərəfdəsiniz, cana yığılmışam, siz necə? Məni tanımırsan, bezmişəm. Bəzi quşbeyinlərin məni ləkələməsindən bezmişəm” deyib.
Zerrin Özer paylaşımını şərhə bağlayıb.
Sənətçi 2022-ci ilin iyununda musiqi dünyasından getdiyini elan etdikdən bir neçə ay sonra geri qayıtmışdı.
Qeyd edək ki, Şəxsiyyət Pozğunluğu insanın özü və başqaları haqqında düşünmə və hissetmə tərzinə təsir edən psixi sağlamlıq pozğunluğudur.