Yazını böyüt
Yazını kiçilt
Ciddə şəhərindəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanı (KAIA) daxilində Zəmzəm suyu satacaq 4 məkan ayırılıb.
Hafta.az-ın yazdığına görə, KAİA-dan bildiriblər ki, beynəlxalq reyslərlə səfər edən Həcc ziyarətinə gedən zəvvarlar şimal zalının bayır qapısından zəmzəm suyu ala bilərlər.
Əlavə olaraq 1 nömrəli zalda 3 yerdən zəmzəm suyu almaq olar. Bunlar A zalının içərisində, B2 qapısının çöl hissəsində, həmçinin C2 qapısının çölündə yerləşir.
KAIA, həmçinin Həcc ziyarətinə gələn zəvvarların özləri ilə daşıya biləcəkləri zəmzəm suyu üçün maksimum həddi təyin edib. Qeyd edilib ki, onlara yalnız 1 ədəd beş litrlik zəmzəm suyu göndərmək icazəsi verilir.